18.06.2019 [12:13] - Xəbərlər, Mədəniyyət
İyun ayının 12-14-də Varşava Universitetinin Arxeologiya İnstitutu tərəfindəın təşkil olunmuş "Roma və Cənubi Qafqaz – İmperiya qonşuluğunun təsiri" adlı beynəlxalq elmi konfrans keçirilmişti.
Konfransda Polşadan, Almaniyadan, Fransadan, Azərbaycandan və Gürcüstandan antik dövr üzrə arxeoloqlar və tarixçilər iştirak etmişdirlər.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanın Antik dövr arxeologiyası" şöbəsinin müdüri t.ü.f.d. Zaur Həsənov və həmin şöbənin aparıcı elmi işçisi t.ü.f.d. Ceyhun Eminli iştirak etmişlər.
Zaur Həsənov "Qafqaz və Albaniya birinci minilliyin əvvəlində – Roma İmperiyası və Sarmatlar problemi kontekstində" adlı məruzə ilə çıxış edib. Çıxışda Antik mənbələrdə haqqında danışılan Amu-Dərya çayından Uzboy çayı uzərindən Xəzər dənizinə gedən və sonra Albaniya üzərindən Kür çayı ilə Gürcüstan ərəzisində Rioni çayına gədər uzanan ticarət yolu haqqında danışılırdı. Zaur Həsənov qeyd etmişdir ki, bu yol məşhur İpək Yolunun dəniz alternativi idi və bu yolun üzərində yerləşən limanların öyrənilməsi qədim Albaniya tarixinin və arxeologiyasının ən vacib problemlərindən biridir.
Daha sonra Z. Həsənov Mingəçevirdə tapılmış Sarmat tipli silahların olduğu küp qəbirlərdən söz açıb. Bu tip qəbirlərdən həm yerli maddi mədəniyyətin nümunələri, həm də Sarmat tipli qılınclar, xəncərlər və üç qanadlı ox ucları tapılıb. Qəbirlərdən tapılmış bəzi böyük küplərin üzərində Sarmat tipli damğalar var idi. Bu damğaların analogiyaları Orta Asiyanın Sarmat dövrü keramika məhsullarında var. Bundan əlavə bu qəbirlərdən müxtəlif Roma tipli əşyalar tapılmışdı – şüşə qablar, fibulalar, yumruq formalı amuletlər və s. Bu qəbirlərin birində insan skeleti kəlləsinin altında Roma imperatoru Avqustun dövründə kəsilmiş gümüş Denarius sikkəsinə rast gəlinib. Hal hazırda bu qəbirlərdən tapılan əşyalar Azərbaycan Milli Tarix Muzeyində saxlanılır. Təqdimat ərzində Zaur Həsənov bu tapıntıların fotolarını təqdim etmişti. Yazılı mənbələr və arxeoloji materiallar göstərir ki, qədim Azərbaycanda Roma və Sarmat tipli tapıntılar çox vaxt birlikdə aşkar edilir. Sarmatlar Albaniya və Roma arasında olan əlaqələrdə vəsitəçi rolunu oynaya bilərdilər.
Daha sonra konfransda Ceyhun Eminlinin "Qəbələdə tapılmış Romadan gələn, ya da Roma təsiri altında düzəldilmiş əşyalar" mövzusunda məruzəsi dinlənildi. Konfrans iştirakçılarına Qəbələ ərazisində bir sıra arxeoloji abidələrin araşdırılması barədə məlumat verildi.
C.Eminli Qəbələdə tapılmış bir sıra daş sütunların aşağı hissəsi, kirəmit dam örtüklərinin və bu materiallarla tikilmiş binaların plan rekonstruksiyasının təqdimatını edti. Çıxışda Qəbələdə aşkar edilmiş Antik dövrə aid olan böyük oval binalar və onların böyük ehtimalla, Roma mədəni təsiri ilə əlaqəsinə toxunuldu. Qeyd edildi ki, bu binaların yaxınlığında Roma sikkələri tapılıb. Məruzəçi Qəbələnin Səlbir ərazisində tapılmış bir sıra dəfn abidələrindən söz açdı. Bunların içində katakomb, torpaq və küp qəbirləri var idi. Bu dəfnlərdən tapılmış əşyaların içində Roma ilə bağlı bir sıra nümunələrin olduğu konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Ceyhun Eminli öz təqdimatında bu qəbildən olan müxtəlif muncuqların, şüşə qabların, tunc əşyaların və d. tapıntıların fotolarını nümayiş etdirdi.
Azərbaycanlı alimlərin çıxışları beynəlxalq elmi konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənildi. Çixışlardan sonra başlamış fikir mübadiləsi ərzində alimlərimiz avropalı alimlərinin suallarını cavablandırmışlar. Konfransda, Azərbaycanda uzun illər arxeoloji tədqiqatlar aparan, Almaniyanın Freyburq şəhərindəki Albert-Lüdviq adına Universitetin (Albert-Ludwigs-Universität Freiburg) elmi əməkdaşı Doktor Lara Fabian da iştirak edirdi. Onun çıxışı Cənubi Qafqazda Antik dövrdə sikkələrin statistik öyrənilmə probleminə həsr olunmuştu.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |