19.06.2019 [09:13] - Gündəm, DAVAMın yazıları
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndəsi iştirak edib. İki gün ərzində “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr aparılıb.
İyunun 18-də Bakı Konqres Mərkəzində sessiyanın yekunlarına həsr edilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili iştirak edib.
“Gələn qonaqları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam onları “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparacağıq”, - deyə agentliyinin sədri vurğulayıb.
O, son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədbirlər barəsində məlumat verib.
Bildirilib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında 23 illik fasilədən sonra Amerika Birləşmiş Ştatları təşkilatda yenidən təmsil olunmaq istəyini ifadə edib..
ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.
Xüsusi olaraq qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub. Görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.
Bakı sessiyasının işini yüksək qiymətləndirən Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili təmsil etdiyi təşkilatın Azərbaycanda mərkəz açmaq niyyətində olduğunu söyləyib. İl ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb və yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətində olduqlarını söyləyib.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |