Şrift:
Yaponiya Rusiya bombardmançılarının uçuşu ilə bağlı vəziyyəti araşdırır
21.06.2019 [09:14] - Gündəm, Hərb
Yaponiya hökuməti Rusiyaya məxsus Tu-95 strateji bombardmançılarının iki dəfə bu ölkənin hava məkanını pozması ilə bağlı vəziyyəti araşdırır.

Bu barədə iyunun 21-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

“Məsələyə cavabdeh olan idarələr hazırda Rusiya təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qarşı tərəfin mümkün niyyətlərini araşdırır. İndiki vəziyyətdə baş verən hadisə barədə digər şərhlərə ehtiyatla yanaşmaq lazımdır”, - deyə baş katib bildirib.

Bu ərəfədə Kyodo agentliyi Yaponiya hökumətinin diplomatik kanallar vasitəsilə hadisə ilə əlaqədar Moskvaya etirazını çatdırması barədə məlumat yayıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed