Şrift:
Ermənistan agentləri Azərbaycana gəlir
24.10.2011 [13:58] - Gündəm
Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlir

Ermənistan nümayəndə heyəti oktyabrın 26-28-i Bakıda baş tutacaq MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısına qatılacaq.

APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artsiv Baqramyan bildirib. Erməni nümayəndə heyətinə Xidmət rəisinin birinci müavini Romik Arutunyan rəhbərlik edəcək.

Bakı iclasında 20-yə yaxın məsələnin, o cümlədən terrorçuluq, narkotik alveri və qanunsuz mühacirətlə mübarizə kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed