18.08.2012 [12:13] - Güney Azərbaycan xəbərləri
Avqustun 16-da Təbrizin Elgölü parkına yaxın bir yerdə, Təbrizli gənclər zəlzələdə zərərçəkən soydaşlarımızı yad etmək üçün bir araya toplaşıblar.
Gənclər Vərziğan, Əhər, Heris, Kəleybər və ətraf kəndlərdə dünyalarını dəyişən soydaşlarımızın əziz xatirəsinə şamlar yandırıb və dualar oxuyublar. Məlumata görə, bu mərasim əhali arasında xüsusi rəğbətlə qarşılanıb və getdikcə mərasimə qatılanların sayı artıb.
Yerli vaxtla saat 21:30 radələrində hər şey birdən-birə dəyişib. Polis və Sepah (İslam İnqilabı Keşikçilər Korpusu) məmurları mərasim yerinə gəlib, şam və gülləri dağıdıb və mərasim iştirakçılarını hadisə yerindən uzaqlaşdırıblar. Məmurlara müqavimət göstərən soydaşlarımızdan 4-ü isə tutuqlanıb.
Tutuqlanan soydaşlarımız naməlum istiqamətə aparılıblar. Hələlik onların kimliyi və harda saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.

Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |