Şrift:
Abdulla Gül: "Ankara Suriyada əməliyyatlara başlaya bilər".
18.08.2012 [13:04] - Siyasət
Əgər terrorçu Kürd Fəhlə Partiyası (PKK) Suriyanın şimalında Türkiyə üçün təhlükəyə çevrilərsə, Ankara Suriyada onlara qarşı əməliyyatlara başlaya bilər. Bunu Türkiyə prezidenti Abdulla Gül deyib.

"Türkiyə Suriyanın şimalındakı vəziyyəti izləyir. Əgər PKK-nın Suriyada olması Türkiyə üçün təhlükəyə çevrilərsə, biz buna mane ola və lazımi əməliyyata başlaya bilərik", - Gül bildirib.

PKK döyüşçülərinin Suriya rejimi tərəfindən silahlandırılması barədə suala cavab verərkən Türkiyə prezidenti deyib ki, bu, istisna edilmir.

Gül, həmçinin qeyd edib ki, regionun bütün xalqları kimi, kürdlərin də yaşadıqları ölkələrdə öz müqəddəratlarını təyin etmə hüququ və azadlıqları var. Lakin bununla yanaşı, dinc kürdlərlə PKK terrorçularını ayırmaq lazımdır.
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed