Şrift:
Tamaşaçılar “Traxtur-Neft” müsabiqəsində qara geyinəcək
18.08.2012 [13:26] - Güney Azərbaycan xəbərləri, İdman
Avqustun 19-u (mordadın 29-u) Təbrizin “Traxtur” futbol takımı Abadanın “Neft” takımı ilə qarşılaşacaq.




İran üzrə futbol klublarınbın superliqa rəqabətlərinin 5-ci həftəsində keçiriləcək müsabiqə Təbrizin səhənd stadionunda yerli vaxtla saat 19:40-da start götürəcək.



“Traxtur” tərəfdarları bu müsabiqənin özəl olduğunu vurğulayıblar. Onların açıqlamasına görə, takım tərəfdarları Şərqi Azərbaycan Əyalətində (ostan) baş verən zəlzələ fəlakətinə görə qara geyinəcəklər.



Qara geyinən soydaşlarımız irqçi rejimi, zəlzələdən zərərçəkən azərbaycanlılara qarşı biganə münasibətinə görə qınayıb və bu barədə şüarlar səsləndireəcəklər.



Səsləndiriləcək şüarlar arasında “Azərbaycan başın sağ olsun”, “Əhər, Heris, Vərziğan – Türkün bağrı oldu qan” və … kimi şüarlar olacaq.



Stadiona, çoxlu sayda soydaşımızın gedəcəyi və müsabiqə zamanı Azərbaycanın haq səsinin bir daha dünyaya çatdırılacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed