Şrift:
İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI
25.06.2019 [11:18] - Gündəm, Sağlıq
Su və spirtsiz Mohito içkisi orqanizmə ziyan vurmadan susuzluğu aradan qaldıra bilər.

Rus dietoloqlar bu fikirdədirlər. Onların sözlərinə əsasən, isti üçün ən universal içki sudur. Amma burada əsas amil qaynar və ya çox soyuq olmamasıdır.

Mütəxəssislər gündə 2.5 litrdən az su içməməyi tövsiyə edirlər. İsti havalarda isə hər 45-60 dəqiqədən bir 150-200 ml su içilməlidir. Sudan başqa isti yaşıl və ağ çay da içmək olar.

"Unutmayın ki, isti havada daha çox su içmək lazımdır. Çünki qaynar çay içmək tər vasitəsilə bədəndən su ifrazına səbəb olur. Bu səbəbdən qaynar çaydan sonra adi su içmək lazımdır. Bundan başqa bəzi otların çayını da içmək olar. Həm də spirtsiz Mohito da hazırlamaq mümkündür", - deyə dietoloqlar bildiriblər.

Alimlər qeyd edirlər ki, isti havada şirin içkilər orqanizmə mənfi təsir edir və susuzluq hissini öldürmür.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed