Şrift:
Oktyabrın 30-da Azərbaycan qış vaxtına keçəcək
24.10.2011 [14:01] - Gündəm
Bu il oktyabrın 30-da Azərbaycan qış vaxtına keçəcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 oktyabr 2011-ci il tarixində saat 5.00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed