Şrift:
Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb
27.06.2019 [10:47] - Hadisə
Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Ude istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.



Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed