Şrift:
“Judo Club 2012”nin üzvləri Varşavada keçirilən qitə birinciliyində mübarizə aparırlar
28.06.2019 [10:07] - İdman
Polşanın paytaxtı Varşavada kadetlər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb.

“Judo Club 2012”dən bildiriblər ki, yarışda 39 ölkədən 431 (234 oğlan və 197 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparır.

Azərbaycan millisini qitə birinciliyində 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edir. Polşada qüvvəsini sınayacaq yığma komandamızın heyətində “Judo Club 2012”nin təmsilçiləri də yer alıblar. İyunun 29-dək davam edəcək turnirdə klubun üzvlərindən Nicat Məmmədli (55 kq) və Hüseyn Məmmədov (+90 kq) yarışlarda iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed