Şrift:
“Hərb və Sülh”də Tolstoyun düşüncələri və 1812-ci ili xatırladan müasir qlobal siyasət – ESSE
28.06.2019 [10:18] - DAVAMın yazıları
Lev Tolstoyun “Hərb və Sülh”ü indiyədək yazılmış ən yaxşı müharibə romanı hesab olunur. Əhatəli olaraq, 1800-dən çox səhifədə o həm döyüş meydanı, həm də arxa cəbhədə Napoleon müharibələri zamanı Rusiyanın geniş panoramını təqdim edir.

Bəzən Tolstoy aparıcı qəhrəmanların böyük mənzərə və astagəl psixoloji portretləri arasındakı “get-gəl”lərlə diqqətimizi bir mətləbdən digərinə yönəldir.

Müəllifin hazırladığı “tərtibat”la “Hərb və Sülh” həm Qərb, həm də Rusiyada istehsal olunan bir neçə populyar filmin ilham mənbəyi olub. O, Sergei Prokofyevin dünyanın ən böyük opera teatrlarında periodik tamaşaya qoyulan eyniadlı operası üçün istinad materialına çevrilib.

Əlbəttə, “Hərb və Sülh”ün səhnələşdirmələri oxucuları, xüsusilə də yeniyetmə qızları cəlb edən affektiv romantik mövzuları qabardır. Nataşanın ilk balını, Andreylə rəqsini təsəvvürümüzə gətiririk. Borodino döyüşündə aldığı yaralardan can verərkən, biz Andeyin yatağı başında görürük.

Tolstoyun tarixi düşüncələrini, Napoleon və ya çar Aleksandr kimi böyük adamların tarixin həlledici qüvvəsi və ya idarə etdiyini düşündükləri insanların ixtiyarsız agentləri olması, Şopenhauerin fəlsəfi kölgəsi, determinizm və s. görməməzliyə vururuq.

Lev Tolstoy bu “kənarlaşmaları” müntəzəm olaraq işlədib və sonra “Epiloq”da son sözünü deyib.

Bu təhkiyəsiz mətndə müəllif düşüncələrini personajları vasitəsilə deyil, oxucularla birbaşa paylaşır.

Həqiqətən də, 1869-cu ildə nəşr edilmiş romanın bəzi naşirləri “Epiloqu” romandan çıxarmaq qərarına gəlib. Ancaq romanda əks olunmuş bəzi tarixi düşüncələri əksər nəşrlərdə tapmaq mümkündür.

Mən oxucuya Tolstoyun mətnindəki düşüncə metodunu təqlid edərək padşahlar, generallar, nazirlər və xalq arasında əlaqələrə diqqət yetirirəm. Tolstoyun Napoleon və ya I Aleksandra aid qavrayşı Donald Trampa da tətbiq edilə bilər.

Tolstoyun “Hərb və Sülh”ünün fəlsəfi parçaları bu yazı üçün xammaldır, çünki onlar 1812-ci ilin baharının sonunda Napoleonun Rusiyaya təcavüzü timsalında Köhnə Qitədə yaşadığımız psixoloji və strateji vəziyyət izah edir. Bu vəziyyət total müharibənin başlanğıcı da ola bilər.

Napoleonun Rusiyaya təcavüzü bu gün Birinci və İkinci Dünya müharibələri, hətta Soyuq müharibə dövründən daha aktualdır.

Tolstoyun şərhləri kimi, 1812-ci il aşağıdakı məsələləri qaldırır:

1.Müharibənin ilkin şərti yalnız mübarizə aparanların deyil, həm də hərbi istehsal və logistik imkanlarla müharibəni mülki dəstəkləyənlərin məntiqi ilə yaranmışdı. Yəni hakimiyyət insanları müharibə aparmağa məcbur etmirdi, əksinə, ikincilər bu düşüncədə idilər ki, müharibə onlar maraqlarına xidmət edir.

1812-ci ildə Napoleon tərəfindən səfərbərliyə alınanların məntiqi Fransız İnqilabının dəyərlərini avtokatik Asiyanın ən ucqar nöqtəsinə yaymaq idi. Digər tərəfdən, bu, qalibləri gözləyən saysız-hesabsız qənimətlər deməkdi. Əsgərlər və zabitlərin düşüncəsində bu, Moskvanı işğal etmək bəxtiyarlığı yaşayanların istənilən şeyi ələ keçirməsi mənası verirdi. Fransız imperatoru və onun ətrafı üçün isə, Britaniya və digər Avropa dövlətləri hesabına dünyaya Fransanı zənginləşdirən Kontinental Sistemin sırınması demək idi.

Bu gün həmin məsələ ABŞ və Qərbin Rusiyaya qarşı informasiya müharibəsində öz paralelini tapır. Putinin şərlənməsi, Rusiyanın təhqir olunması – hazırda səbəb nə olursa-olsun, Rusiyaya qarşı istənilən hərbi münaqişəyə həvəslə yanaşan bütün siyasi sinfimizin böyük əksəriyyətini cazibəsinə çəkib.

2.Napoleonun Rusiyaya təcavüzü sırf fransız ambisiyaları üzərində qurulmamışdı, Tolstoy onu “Avropa xalqlarının Qərbdən Şərqə hərəkəti” kimi təsvir edib. Napoleonun rəhbərlik etdiyi, 680.000 əsgəri olan Möhtəşəm Ordunun (Grand Armée) əsasını 20 minə yaxın imperiya qvardiyası təşkil edirdi. O, bu qüvvəni Rusiyaya qarşı heç zaman istifadə etməyib, çünki Napoleonu hakimiyyətdə saxlayan məhz qvardiya idi.

Müharibəyə və ölməyə göndərilən sıravi fransız əsgərləri və zabitləri Napoleonun ixtiyarındakı ümumi qüvvələrin yarısından azını təşkil edirdi. Onlar kampaniyada həlak olanların çox kiçik bir hissəsi idi. Ordunun qalan hissəsi Reyn boyu yerləşən cırtdan alman dövlətləri, Prussiya, Hollandiya, İtaliya, Avstriya və başqa, xüsusilə də polyak könüllülərdən ibarət idi.

Hazırkı durumla tutuşdursaq, 1812-ci ildə Fransanın rəhbərlik etdiyi Avropanın çoxmillətli qüvvələri Amerika rəhbərliyindəki NATO-dur.

3.1812-ci ildə Rusiyanı işğal etməyə hazırlaşan Möhtəşəm Orduda xidmət edən könüllü qüvvələrin ən böyük dəstəsi Avropanın xəritəsinə öz dövlətlərini bərpa etmək və Avropanın müdafiəçiləri kimi dəyərlərini sübut etməklə, öz geosiyasi məqsədləri üçün çalışan polyaklar idi.

Bu, Tolstoyun yalnız Polşa əsgərlərinin sayına (təxminən 96 min) görə deyil, həm də Polşanın Napoleonun bütün kampaniyasına necə təsir etməsi, o cümlədən Sankt-Peterburqa yox, Rusiyanın qədim paytaxtı Moskvaya, iki yüz il əvvəl Rusiyada Qarşıqlıq Zamanı polyakların saxta çarı taxta oturduqları şəhərə yön alma əlaqədar məqamı geniş işıqlandırır.

Tolstoy işğal zamanı Polşa faktorunu vurğulamağa çalışır. Bu, Napoleonun Rusiya imperiyasının qərb sərhədində, Neman çayının sahillərində dayandığı və işğal əmri verdiyi iyun gününün təsviri ilə başlayır.

Napoleon kötük üzərində oturub xəritələrə baxarkən, deyə Tolstoy yazır, bir polyak atıcısı ona yaxınlaşıb “Vivat” qışqırır və imperatorun gözü qarşısında süvarilərin çayı keçməsini təklif edir. Napoleon dalğın alda başqa yönə baxır, süvarilərin keçidi zamanı isə 40 nəfər çayda boğulur. İmperator keçidi uğurla yerinə yetirən liderin medalla müxafatlandırılması əmri verir.

Tolstoyun işğalda Polşanın rolu ilə bağlı düşüncəsinin digər bir sübutu süvarilər çaydan keçərkən, rus kazak dəstəsinə baxan Napoleonun ağlından keçənlərə dair qeyddir. O, Napoleonun Asiya çöllərinə baxdığına inandığını söyləyir!

Yazıçı bu ekstravaqant ideyanı Napoleonun yanındakı polşalı müttəfiqlərinin ayağına yazmasa da, bu vaxt Napoleona artıq Polşa zabitinin formasını geydirir. Bir gün sonra imperator Vilno şəhərində (Litvanın müasir paytaxtı Vilnüsdə, o zamanlar Rusiya əyalət yaşayış məskənində) bir polşalı zadəganın evində iqamət qurur. Məhz bu evdə bir neçə həftə öncə I Aleksandrın qərargahı yerləşib.

Bütün bunları günümüzə uyğunlaşdırdıqa, aşkarlanır ki, Polşanın hakim elitaları bir daha Avropa İttifaqı və ABŞ-ın Polşanı Rusiyaya qarşı qalxan kimi istifadə etməsinə çalışır. “Fort Trump” (“Tramp Qalası”) anlayışı polyak əcdadlarının Bonapartla bağlı riyakarlığı ilə mükəmməl şəkildə üst-üstə düşür.

Nəhayət, 1812-ci ilin işğalına dair üç müşahidə var ki, Tolstoy bunu bizə dönə-dönə nəql edir. Vaşinqton və Brüsseldəki bugünkü rəhbərlik onları mütləq nəzərə almalıdır.

4.Təchizat xətlərini qoruyun

Bu gün Belçikada, Fransada geniş ictimaiyyət arasında belə bir fikir yayılıb ki, Napoleonun Rusiyadakı məğlubiyyətinin səbəbi düşməninin üstün hərbi bacarıqları deyil, “general Qış”dır. Tolstoy mətninin qiraəti bu iddianın cəfəngiyat olduğunu göstərir.

Fransızların geri çəkilməsi oktyabrın əvvəlində, Moskvanın işğalından cəmi 5 həftə sonra başlayıb. Lakin geri çəkilmə başlayanda sərt qışın qədəm basmasına hələ bir neçə ay qalırdı. “Grande Armée” geriləyəndə, azuqə çatışmazlığından xəstəlik və fərarilik ucbatından günbəgün əriyirdi. Moskvanın işğalı zamanı qarətçilik və çapovulçuluq nəticəsində orduda intizamın pozulması ilə fəlakətin miqyası daha da böyüyüb.

Şərait bir çox səbəbdən, o cümlədən boşuna itirilmiş Minsk yoluna görə Napoleon tərəfindən qayıdış marşrutuna dair çox pis qərarından yararsız idi. Ancaq ən mühüm səbəb Napoleon qüvvələrinin çiyinlərinə bacardığından böyük yük götürməsi idi.

Təbii ki, bu, təsadüfi deyildi. Rusiya komandanı Kutuzovun ardıcıl strategiyası vardı, müharibəni davam etdirmə qabiliyyəti naminə o, fransızları ölkənin içinə, kəndlilərdən tutmuş zadəganlığa qədər boş qalmış Rus torpaqlarının çəkirdi.

Rusiya ilə bugünkü strateji qarşıdurmaya köçürüldükdə, NATO-nun Baltikyanı bölgəni müdafiə etməsi və ya Rusiya sərhədlərində müharibə aparması ideyası ümumən Napoleonun səyləri kimi axmaqlıqdır. ABŞ-ın NATO qüvvələrini Şərqə köçürməsi ilə belə, Birləşmiş Ştatların öz torpaqlarında mübarizə aparan Rusiyaya səmərəli şəkildə cavab vermə qabiliyyəti coğrafi uzaqlığına görə qeyri-mümkündür.

5.Hərbi üstünlüyünüzə “asimmetrik” cavablardan çəkinin

Tolstoy Napoleonun Moskvadan çəkilməsi dövründə onun üçün dağıdıcı təsirə malik, imperiya ordusundan sərbəst olaraq fəaliyyət göstərən qeyri-nizami rus qüvvələrinə böyük diqqət yetirir. Bu həm kazak dəstələri, həm də yerli torpaq sahibləri və kəndlilərin yaratdığı qoşunlar idi. Onlar fransız ordusuna zərbə endirir və Tolstoyun yazdığı kimi, əsir götürmürdülər.

Tolstoyun bizə ətraflı şəkildə göstərdiyi kimi, komandanlıqda sarayın təyin etdiyi kreslo generalları və sahə komandirləri, yerli ruslar və yadelli zabitlər arasında mübahisələr baş verirdi. Amma könüllü dəstələr komandanlıqdan xaric fəaliyyət göstərərək Rusiyaya böyük taktika mütəhərrikliyi və qəhrəmanlıq təşəbbüsü verirdi.

Bu “asimmetrik” müharibə bütün Napoleon yürüşü və 1812-ci ilə dair baxışımızı şübhəyə alır. Napoleonun məyus idi və tarixi paytaxt Moskvanın fəthindən sonra da rus imperatorunun ağ bayraq qaldırmaması və sülh danışıqlarından imtinasını başa düşmürdü. Müasir dövrdə bu sayaq tərslik dövlətlərarası qaydalara ziddir.

Bu günə baxdıqda, prezident Putinin Rusiyanın qlobal raket şəbəkəsində Amerikanın böyük investisiyalarını aradan qaldıracaq və onu məğlub edə biləcək az xərcli və ölümcül asimmetrik silah sistemlərinin yaradılması barədə bəyanatları çox ciddi qəbul edilməlidir.

6.Döyüşlərin və müharibənin nəticəsi qeyri-müəyyəndir

1812-ci il kampaniyası zamanı qüvvələr arasında baş verən döyüşlərdən danışarkən, Tolstoy bizə dəfələrlə deyir ki, müvafiq tərəflərin canlı qüvvə və maddi sursat ehtiyatı yalnız nisbi müvəffəqiyyət amili idi. Bu üstünlük nominal zəif tərəfin daha qətiyyətli və mənəvi üstünlüyü ilə adlana bilər. Yəni bir kiçik rütbəli zabitin “ura” deyə qışqırması və öz qoşunlarını hücum keçirməsi və ya “biz məğlubuq” deyə geri çəkilməsi və döyüş meydanından qaçması ilə vəziyyət dəyişə bilər. Lakin Rusiyanın rəhbərliyinin strateji planı olan geri çəkilmədə mənəviyyat vacib amil deyil.

1812-ci ildə Vətəni xilas etmək üçün göstərilən fədakarlıq İkinci Dünya müharibəsində də rusların fərqləndirici keyfiyyəti idi. Borodino döyüşü, sırf hərbi cəhətdən, Napoleonun “Grand Armée”-si ilə müqayisədə, daha çox zərər çəkən və itki verərək döyüş meydanını tərk edən Rusiya üçün zərərliydi. Ancaq bu, mənəvi zəfər idi, çünki Napoleonun o günə qədər mübarizə apardığı bütün Avropa ordulardan fərqli olaraq, yalnız ruslar top bombardmanından dəhşətli itkilərə məruz qalmış, buna baxmayaraq, mövqelərini qoruyub saxlamış, son nəticədə, nizamlı şəkildə geri çəkilmişdilər.

Artıq fransızların Moskvaya yolu açılmışdı, ancaq Rus ordusunun iradəsi qırılmamış, amma Moskvada geri çəkilən intizamsız və fərari Napoleon qüvvələri döyüş qabiliyyətini itirmişdi.

Bu mesajı günümüzə köçürərkən, bugünkü rusların açıq-aydın iradəsini, necə olursa-olsun, öz mövqelərini qoruyacağını ciddiliklə qarşılamağın əsası var. Daha ümumi mənada hərbi təcrübəyə sahib olan mötədil səlibçiyə çox diqqət yetirməliyik. Bir neçə kitabında Endrü Baseviç (amerikalı tarixçi – tərc.), Tolstoy kimi, dəfələrlə iddia edib ki, müharibədə heç bir dəqiqlik yoxdur və bun görə də, müharibə seçimindən çəkinməlisiniz.

Qilbert Doktorou

“Diplomasi İrani”
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed