Şrift:
Mərkəzi Elmi Kitabxanada tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin əsərlərinin sərgisi keçirilir
29.06.2019 [10:22] - Gündəm, DAVAMın yazıları
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda və xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Sərgidə rəssamın Nəsirəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və digər sənətkarların əsərlərinə -- Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, “Dədə Qorqud”, Nizami Gəncəvinin “Xəmsə”, Saib Təbrizinin “Mehr və müştəri”, “Azərbaycan muğamı” mövzularında çəkdiyi miniatürlər nümayiş olunur. Sərgidə müəllifin “Şəhidlər” xalçası, işlədiyi şəxsi portretlər, “Türkiyə” mövzusunda rəsm əsərləri və kitabları da yer alır.

Sərgi bir həftə davam edəcək.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed