Şrift:
Azərbaycandan olan gənc mütəxəssislər Latviyada əməkdaşlığa dəvət ediliblər
29.06.2019 [10:33] - Gündəm, Sosial, Gənclik
Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşeviça Riqa Ali Hüquq Məktəbini bu il bitirən 46 xarici məzunla görüşüb. Avropa hüququ və iqtisadiyyatı üzrə məzunlar arasında Azərbaycan təmsilçiləri də var.

Görüşdə parlament katibi universitetdə qazanılmış təcrübənin iş imkanları baxımından perspektivli olduğunu bildirib və bu imkanları Latviyada da dəyərləndirməyi təklif edib. O deyib ki, proqram çərçivəsində təhsil nəinki Avropanın, həm də iştirakçı ölkələrdən gələn gənclərin bir-birindən öyrəndiklərinin vəhdətidir.

Proqramın budəfəki buraxılışında Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna və Özbəkistandan olan 46 tələbə iştirak edib. Onlar mühazirə və seminarlardan əlavə, Latviyanın dövlət strukturlarında, habelə Brüssel və Lüksemburqdakı beynəlxalq institutlarda təcrübə keçiblər.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed