Şrift:
Sumqayıt teatrının kollektivi bu dəfə aktyor yoldaşına dəstək üçün tamaşa oynayacaq
29.06.2019 [10:51] - Xəbərlər, Mədəniyyət
Hər həftəsonu axşam tamaşaları ilə teatrsevərlərin görüşünə gələn Sumqayıt Dövlət Dram Teatrı iyunun 29-da Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası ilə çıxış edəcək. Tamaşadan əldə edilən vəsait istedadlı aktyor Yalçın Səlimovun müalicəsinə sərf olunacaq. Belə ki, teatr rəhbərliyi aktyorun səhhəti ilə bağlı xeyli vaxtdır üzləşdiyi ciddi problemin həllinə imkan daxilində kömək etmək arzusu ilə bu layihəni həyata keçirir.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirilib ki, 50-ci teatr mövsümündə istər repertuar siyasətinin düzgün qurulması, istərsə də müxtəlif yaş təbəqələrinin teatra cəlb edilməsinə hesablanmış layihələr, PR kampaniyalar hazırlanır, uğurla həyata keçirilməsi istiqamətində böyük işlər aparılır. Yaradıcı heyətin başlıca vəzifəsinin mədəniyyətə, incəsənətə, xüsusilə teatr sənətinə tamaşaçı sevgisinin aşılanması olduğunu deyən Mübariz Həmidov kollektivdə səmimiyyəti, sağlam və işgüzar ab-havanı, təcrübəli aktyorların gənc kadrlara dəstəyini uğurlu nəticə üçün önəmli şərtlər kimi göstərib.

Növbəti aksiyadan danışan teatr rəhbəri istedadlı aktyor, uzun illər teatrda çalısan Yalçın Səlimovun sıxıntılı yaşadığı zamanda kollektivin ona mənəvi dəstək olmaqla yanaşı, maddi yardım etməyə də qərar verdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed