Şrift:
Bakıda türkdilli ölkələrin solistləri çıxış edəcək
29.06.2019 [11:04] - Gündəm, Türk dünyası-Turan
İyulun 4-də Bakıda TÜRKSOY-a daxil olan ölkələrin- Türkiyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Başqırdıstanın solistlərinin iştirakı ilə Qərbi-Qazaxıstan Vilayətinin Estrada – Simfonik Orkestrinin konserti olacaq.

R.Behbudov adına Mahnı Teatrında təqdim ediləcək konsert Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq.

Konsertdə orkestri Qazaxıstanın Əməkdar mədəniyyət xadimi, dirijor Kanat Axmetov idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed