Şrift:
Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” üzərinə götürüb
01.07.2019 [11:50] - Gündəm, Hərb
Bazar ertəsi günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb

Bu barədə TOLOnews telekanalı məlumat yayıb.

Bomba paytaxtın diplomatik məhəlləsində partladılıb. Nəticədə azı 34 nəfər həlak olub, 68 nəfər yaralanıb. Ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin binalarından biri yerləşir. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Terror aktı ilə əlaqəsi olan iki silahlı qonşu binada gizlənərək güc strukturları ilə atışmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed