04.07.2019 [10:42] - Türk dünyası-Turan, Mədəniyyət
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 150-dən çox ölkədən yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
İyulun 3-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası Baş Nazirinin müavini Gülşarə Abdıkalıkova ilə görüşüb.
Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti və bu istiqamətdə dövlətin əsas prioritetləri haqqında məlumat verib. Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği sahəsində gerçəkləşdirilən tədbirlərin önəmini qeyd edib.
İki qardaş ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayan nazir mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini bildirib.
Əbülfəs Qarayev Qazaxıstan tərəfini bu ilin noyabr ayında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı ilə birgə keçiriləcək tədbirdə fəal iştiraka dəvət edib.
Gülşarə Abdıkalıkova Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Həmçinin ölkəsinin ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESKO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |