04.07.2019 [11:25] - Gündəm, DAVAMın yazıları
4 iyul 2019-cu il saat 1900 Azərbaycan Milli İncəsənət Muzeyində (Bakı ş., Niyazi küç. 9/11) “Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərgisinin açılış mərasimi keçiriləcək.
Sərginin təşkilatçıları sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Fransa Respublikasının Azərbaycandakı səfirliyi, Fransız İnstitutu- Azərbaycan (Institut Francais/Azerbaïdjan), Azərbaycan Milli Elmlər Akademiyası, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Azərbaycan Milli İncəsənət Muzeyi, Arceo Service, Azərbaycan Hava Yolları (AZAL), Azərkosmos, Hillside Premium təmsil olunmuşlar.
Açılış mərasimi təşkil olunacaq sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının Azərbaycanın müxtəlif regionlarında (Tovuz, Ağstafa, Lənkəran, Lerik, Naxçıvan) apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş və neolit, xalkolit, tunc, antik dövrlərə aid dünya arxeologiyası üçün mühüm əhəmiyyətə malik nadir tapıntılar nümayiş etdiriləcəkdir. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Fransa Respublikasının Azərbaycandakı səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, həmçinin, birgə arxeoloji tədqiqatlarda iştirak etmiş Azərbaycan və Fransa arxeoloqları iştirak edəcəklər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |