05.07.2019 [10:37] - Borçalı
Gürcüstanda səfərdə olan Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon icra hakimiyyətinin başçısı (mer) Zaur Darğallı ilə görüşüblər.
İcra hakimiyyətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstanın həmsərhəd bölgələri arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, Marneuli rayonunun iqtisadi imkanları barədə qonaqlara ətraflı məlumat verilib.
Z.Darğallı Marneuli bələdiyyəsi ərazisində xarici investorlar üçün hər cür şəraitin yaradıldığını və rayona yeni sərmayədarların cəlb edilməsinə çalışdığını bildirib.
O, Azərbaycandan olan iş adamlarını rayon iqtisadiyyatına sərmayə qoymağa çağırıb.
Sonra qonaqlar “Marneuli Ərzaq Zavodu”, “Hazır şitil” müəssisəsi ilə tanış olub, burada istehsal prosesi ilə maraqlanıblar.
Qonaqlar, həmçinin Dəmyə-Görarxı kəndində olan pomidor istixana təsərrüfatını nəzərdən keçiriblər.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |