Şrift:
Dəniz qumu bəzi dəri xəstəliklərini müalicə edir
05.07.2019 [11:22] - Sağlıq
Gümüşü suların çırpılaraq geri qayıtdığı, qırçın dalğaların balıqqulağı ilə zənginləşdirdiyi qumlu sahillər istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir. Bir sıra xəstəliklərin müalicəsində dəniz qumunun xüsusi əhəmiyyəti var.

Dəniz qumu insan orqanizmi üçün çimmək və günəş vannası qədər faydalıdır. Nəm dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.

Qumun istiliyi dəri, oynaq və daxili orqanların reseptorlarını qıcıqlandırır, mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərək kapillyar və arteriyaların işini yaxşılaşdırır, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir, ürək-damar sisteminin iş prinsipini nizama salır. Dəniz qumu təbii pilinq rolu oynayır və bəzi dəri xəstəliklərini müalicə edir, ayaq dabanlarına təbii pedikür təsiri bağışlayır. Qum ilə yüngülcə ovulan dəri daha çox təmiz və təbii görünür. Dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirir.

Lakin dəniz qumunun faydası ilə yanaşı zərərli cəhətləri də var. Məsələn, qumda çox qalmaq iflic hissi yaradır, təzyiq, şəkər, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed