Şrift:
MDB XİN rəhbərləri Şurasının gündəliyi müəyyən olunub
21.08.2012 [20:20] - Gündəm
2012-ci il avqustun 21-də MDB İcraiyyə Komitəsində Birliyin Nizamnaməsi və başqa orqanları yanında MDB iştirakçısı olan dövlətlərin daimi səlahiyyətli nümayəndələri Şurasının iclası keçirilib. Bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.
Daimi nümayəndələr noyabrın 1-2-də Aşxabadda keçirilməsi nəzərdə tutulmuş XİN rəhbərləri Şurasının (XİNŞ) və Dövlət Rəhbərlərio Şurasının (DRŞ) iclaslarının gündəliklərinin layihələri müzakirə ediblər.
XİN rəhbərinin və prezidentlərin müzakirəsinə 2013-2014 -cü illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının layihəsi də daxil edilib.
XİNŞ və DRŞ iclaslarının gündəliyinə iqtisadi əməkdaşlığa həsr edilmiş bəzi məsələlər salınacaq. O cümlədən, gələn il Birliokdə Ekoloji mədəniyyət və Ətraf mühitin mühafizəsi İli elan ediləcək. Habelə bu mövzunu MDB üzvü olan dövlətlərin nümayəndələri də müzakirə edəcəklər.
Məlumatda bildirilir ki, ənənəvi olaraq ali nizamnamə orqanlarının iclaslarında Birlik ölkələrinin təhlükəsizliyi məsələlərinə baxılması planlaşdırılır.Onlar sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, HHM, hüquq-mühafizə orqanlarının əməkdaşlığına aiddir.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed