09.07.2019 [10:28] - Mədəniyyət
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Şirvan xanı Qasım xanın xanlıq möhürünü aşkar etdiyini bildirib.
AZƏRTAC-ın bölgə müxbirinə Qasım xanın və nəslinin ictimai-siyasi fəaliyyətini uzun zamandır araşdırdığını söyləyən alim möhürü Qasım xanın nəticəsi Ağarəzi xan Qasımxanovun nəvəsi olan, hazırda Bakı şəhərində yaşayan Xanlar Qasımxanovla görüşü zamanı onların ailə sənədləri içərisində gördüyünü qeyd edib.
Qeyd edək ki, möhürün dəstək hissəsi metaldan (tunc), möhür hissəsi isə sədəfdən hazırlanıb. Eni 29 millimetr, uzunluğu 33 millimetrdir. Möhürün üzərində "Lə iləhə illəllah əl-məlikül-haqqül-mübin. Əbduhu Muhamməd Qasım. 1210" yazılıb. Tərcüməsi belədir: "Açıq-aşkar Haqqın sahibi ondan başqa ilah olmayan Allahdır. Onun bəndəsi Məhəmməd Qasım. Hicri 1210-cu il (miladi 1796-cı il)".
Qasım xan Sərkar sülaləsindən Şirvan xanı Məhəmməd Səid xanın Mahpəri xanımdan olan oğludur. 1763-cü ildə Ağsuda anadan olub. Quba xanı Fətəli xan Şirvan xan ailəsini qətlə yetirərkən Qasım xan qardaşı Əskər xan və əmisioğlu Mustafa xanla Osmanlı sultanına sığınıb. Fətəli xanın ölümündən sonra Şirvana qayıdan Qasım xan qardaşı Əskər xandan sonra Şirvanı idarə edib. Şirvan bəylərinin və Sərkar ailəsinin yekdil rəyi ilə onu Mustafa xan əvəzləyib. Bundan sonra Qasım xan İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində yerləşən öz adı ilə adlanan Qasım xan qalasına çəkilib. O, buradan Quba xanı Şeyxəli xan və Rusiya çariçası II Yekaterina ilə əlaqə saxlayırdı. 1796-cı ildə qraf Valeryan Zubov Şirvana hücum edərkən Mustafa xan müqavimətin mənasız olduğunu başa düşüb paytaxt Ağsunu tərk edib. Qasım xan Zubovun Ağsu ətrafındakı düşərgəsinə gələrək onun razılığı ilə ikinci dəfə Şirvan xanlığına sahib olub. Salnamələrdə Ağsu ətrafındakı görüşün rəsmi də verilib. Lakin Zubovun Şirvanı tərk etməsindən az sonra Şirvan bəyləri Mustafa xanı yenidən dəvət ediblər. Qasım xan Şirvan xanlığını iki dəfə olmaqla cəmi iki il idarə edib. Mustafa xanın Rusiya çarlığının hakimiyyətini qəbul etməsindən sonra Qasım xanla münasibətləri normallaşıb, Qasım xan Mustafa xanı İran mühacirliyi zamanı müşayiət edib. Qasım xan 1828-ci ildə İranda vəfat edib, Bahrud qəbiristanlığında dəfn olunub. Mustafa xanın 1831-ci ildə Şirvana qayıtmasından sonra Qasım xanın ailəsi də geri dönüb.
Qasım xan 1793-cü ildə Mustafa xanın bacısı Kafiyə xanımla evlənib. Kafiyə xanım 1849-cu ildə vəfat edib, Şamaxıda Yeddi Günbəz qəbiristanlığında dəfn olunub. Qasım xanın Kafiyə xanımdan 3 oğlu (İskəndər bəy, Allahverdi bəy və Məhəmməd Səid bəy) olub. Allahverdi bəy 1814-cü ildə Basqal qəsəbəsinin yüzbaşısı Hacının qızı Nisə bəyimlə evlənib. Onların 3 oğlu (Ömər bəy, Osman bəy və Fətəli bəy) və bir qızı (Ruqiyyə xanım) olub. Ömər bəy və Osman bəy o zaman Şirvanda geniş yayılan nəqşibəndi sufi məktəbini himayə ediblər. Onların şeyxi Külüllü kəndindən Hacı Əhməd əfəndi olub. Ömər bəy Osmanlı və Rusiya arasındakı müharibə zamanı Qars döyüşündə komandir köməkçisi olduğu atlı-müsəlman alayını Osmanlı tərəfinə keçirdiyi üçün Şirvanda bütün nəqşibəndilər repressiyaya məruz qalıb. Osman bəy də sürgün edildiyi Finlandiyadan İstanbula qaçaraq orada silah zavodunda mühəndis işləyib. Seyid Əzim Şirvani təzkirəsində həm Ömər bəy, həm də Osman bəy haqqında bəhs edib, onların şeirlərindən parçalar verib. Üçüncü qardaşları Fətəli bəy isə Varşavada atlı-müsəlman alayında xidmət edib. O, Basqalda Xəlilin qızı Hüsniyyə xanımla evlənib. Fətəli bəyin 3 oğlu (Allahverdi bəy, Teymur bəy və Ağarəzi bəy) olub. Ağarəzi bəy Qasımxanov Basqalda uzun müddət yaşayıb və pedaqoji fəaliyyət göstərib. Basqal məktəbinin formalaşması onun adı ilə bağlıdır. Ağarəzi bəyin oğlanlarından biri - İkinci Dünya müharibəsində Moldovada qəhrəmanlığı ilə seçilən və xalq şairi Səməd Vurğunun haqqında poema yazdığı Kamal Qasımovdur.
Şirvan xanı Qasım xanın xanlıq möhürü məhz Ağarəzi bəyin digər oğlu Mahmud Qasımxanov vasitəsilə bu günümüzə çatıb. Mahmud Qasımxanovun oğlu Xanlar Qasımxanov bu möhürü əzizləyib saxladıqlarını, lakin nəyə xidmət etdiyini bilmədiklərini qeyd edib. Möhür haqqında məlumat aldıqdan sonra ailə ilə məsləhətləşərək onun gələcək taleyi haqqında qərar verəcəklərini bildirib.
Fariz Xəlilli bildirib ki, dövlətçilik tariximizlə bağlı birincilik təşkil edən maddi-mədəniyyət nümunələri çox azdır. Şirvan xanı Qasım xanın möhürü məhz dövlətçilik tariximiz baxımından önəmli əsərdir. Xüsusilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin həmin möhürü inventarına daxil etməsi məqsədəuyğun olardı. Bununla yanaşı, Qasımxanovların Basqalda yerləşən evini Şirvan xanlığı muzeyinə çevirmək və möhürün orada sərgilənməsinə çalışmaq da olar.

Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |