10.07.2019 [10:16] - Gündəm, Mədəniyyət
Yulaf yarması, buterbrodlar, qəhvə. Bunları yaddan çıxarın! Xarici ölkələrə səfərləriniz zamanı müxtəlif ölkələrin səhər yeməkləri barədə bilikləriniz sizə lazım ola bilər. Hansı ölkədə səhərlər süfrəyə “baba qanuş” verilir, səhər yeməyində bar nəyə lazımdır və “kayseki” səhər yeməyi nə deməkdir?
İtaliya. Demək olar ki, səhər yeməyi olmadan: qəhvə, qəzet, bar masası
İtaliyada səhər yeməyində qəhvəni kruassanla (kornetto) içmək qəbul edilib. Adama elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Lakin burada əsas ab-havadır.
“İtalyanlar səhər yeməyini barda yeyirlər. Bu zaman onlar səhər qəzetlərini gözdən keçirir, orada yemək yeyən tanışları ilə ünsiyyət qururlar. Oradakı barlar çox vaxt digər ölkələrdəki ilə müqayisədə daha sadə olur: yalnız bar masası. Lakin bir neçə evə yetəcək bar masası demək olar ki, hər evin qarşısında yerləşir. Əsl İtaliya məhz oradadır”, - deyə İtaliyanın turizm üzrə milli agentliyində bildiriblər.
Otellərdə ənənəvi italyan səhər yeməyi təklif olunur. Buraya, bir qayda olaraq, müxtəlif cür çörək məhsulları (o cümlədən əlbəttə ki, kruassan, hətta kəpəklisi belə), tostlar, vetçina, pendir, yağ, şirələr, qəhvə daxildir.
Yaponiya. Yüksək səviyyəli mətbəx: qıcqırdılmış paxla və üç növ xörək
Ənənəvi yapon səhər yeməyinə düyü, “tamaqo-yaki” (soya sousu ilə rulet şəklində bükülmüş omlet), miso-şorba, marinadlaşdırılmış tərəvəz və “natto” – qıcqırdılmış soya paxlasından olan xörək aid edilir. Təcrübəli səyyahların sözlərinə görə, paxlanın dadı olduqca spesifikdir, bu səbəbdən də əcnəbilərin heç də hamısı onu qəbul etmir. “Dadı şortəhərdir, ətri isə ammonyaka bənzəyir” – nattonu reseptlərdə belə təsvir edirlər.
Əgər turist rökanda - klassik yapon mehmanxanasında qalıbsa, o zaman “kayseki röriyə” - qeyri-adi və çox dadlı səhər yeməyinə və ya nahara hazır olmalıdır. Bu ənənəvi yemək yüksək səviyyəli yapon mətbəxidir. Axşam yeməyində azı 7 cür yemək təklif edilir. Ənənəvi olaraq isə bu yeməklərin sayı 12-dən daha çox olur. Yaxşı rökanlarda “kayseki röri” tərkibində azı 3 cür xörəklə təqdim edilən səhər yeməyidir. Bu yeməklərin hazırlanması və süfrəyə verilməsi əsl incəsənət, yapon mətbəxinin əsas mahiyyətidir: şorbadan (“itidzü”), qəlyanaltıdan (“sansay”) tutmuş susi, sasimi, mövsümi balıq, tərəvəz və desertədək. Düyü mütləqdir.
Norveç. Sadəcə buterbrod deyil, habelə pendir, vafli və çoxlu balıq
“Norveç səhər yeməyində ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin bu, belə deyil. Məsələn, Norveç dilində buterbrodu hazırlamaq üçün çörəyin arasına qoyulan ərzaqlar bir sözlə - poleqlə (pålegg) ifadə olunur”, -deyə Norveçin turizm üzrə şurasının direktoru Olqa Filippenko bildirir. Poleq qismində bir çoxları qəhvəyi bryunust pendirini seçirlər. Şirintəhər dada malik (bəziləri bu pendiri şortəhər bişmiş qatılaşdırılmış süd ilə müqayisə edirlər) pendir süd qarışığının (inək, qoyun və ya keçi südü), qaymaq və zərdabın buxara verilməsindən alınır. Məşhur Norveç pendiri təzə bişən vafli ilə çox uyğun gəlir. Yəqin ki, heç bir norveçli belə səhər yeməyindən imtina etməz.
Oteldə səhər yeməyi qonaqları məyus etməyəcək. Bir çoxları Norveçi dəniz və balıqsız təsəvvür etmirlər. Bu səbəbdən də müxtəlif souslarda siyənəyin bir neçə növü, hisə verilmiş skumbriya, təzə qızılbalıq dilimləri və moyva balığının kürüsü səhər süfrəsinin əvəzolunmaz yeməkləridir.
Hindistan. Çayla süd də ədvalı və acıdır
Hindistanda adətən səhər yeməyi içərisində kiçik fincanların – katorilərin qoyulduğu böyük qabda, yaxud məcməyidə verilir. Bu, “dal makhani” (“dal” ilə hazırlanan ədviyyatlı yemək), “poha” (düyüdən hazırlanan qəlyanaltı), ağartı məhsullarından bişirilən yeməklər, “karri”də yumurta, kartofla pendirdən hazırlanan kürəciklər, tərəvəzlər ola bilər. Hər şey ədvalı və çox acı olur. Səhər yeməyinə mütləq düyü ilə mərci və düyü unundan bişirilmiş nazik “dosa” kökələri əlavə edilir. Ənənəvi içki – masala çayıdır (süddə, ədvalı). Əsas qayda isə yeməklərin sağ əllə, çəngəl-qaşıq istifadə etmədən yeyilməsidir.
Moskvadan olan turist Natalya Venediktova deyir: “Qoada biz oteldə deyil, turist zonasından uzaqda yerləşən kiçik evdə qalmağa qərar verdik. Hər səhər evin sahibi bizə yemək gətirirdi. O, bizim üçün lobyalı və ədviyyatlı kartof sıyığı, soğanlı və ədviyyatlı kökələr, kotletə bənzəyən düyü kürəcikləri hazırlayırdı. Əlbəttə ki, bir də masala çayı”.
Efiopiyadan tutmuş Kareliyayadək: şorba, meyvə ilə balıq və doqqaz
Praktik olaraq, hər bir ölkənin səhər süfrəsinin öz xüsusiyyətləri var. Məsələn, Vyetnamda ənənəvi səhər yeməyi əriştəli şorbadır: “fo-bo” - mal əti ilə və ya “fo-qa” - toyuq ilə. Peruda “seviçe” (laym şirəsində marinadlaşdırılmış balıq və dəniz məhsulları), Yamaykada isə duzlu balığı yerli meyvələrlə hazırlayırlar.
Efiopiyada səhər yeməyində ıncera - ənənəvi çörək təqdim edirlər. Diametri azı bir metrə çatan kökə həm yemək, həm də boşqab rolunu oynayır: kökənin üstünə ət, düyü, kartof, souslar qoyulur.
Məşhur “hər şey daxil” sisteminə Türkiyədə ənənəvi səhər yeməyi təqdim edilir. Buraya dadlı və faydalı yeməklər – tərəvəzlər, təzə çörək, müxtəlif pendir növləri, o cümlədən keçi pendiri də daxildir. Adətən axşama doğru içilən məşhur qəhvənin əvəzinə səhəri türksayağı çayla qarşılayırlar.
Rusiya regionlarında da maraqlı ənənələr az deyil. Məsələn, marilərin (Mari Respublikası) səhər yeməyi “pulaşkamuno” (yumurta, süd, kartof və göyərtidən hazırlanan xörək), Kareliyada isə “kalitki”dir.
Tur şirkətlərində milli səhər yeməyi təklif olunur: sıyıq, dadlı Kareliya duzlu balığı, qara çörək, mərsin və quşüzümündən hazırlanan mors, kartof və darılı “kalitki”lər. Qafqazda səhər yeməyinə ruletlər təqdim olunur: məsələn, içərisinə pomidor, ədviyyə qoyulan lavaş, yumurtadan, həmçinin bol göyərtili, souslu balıq və ətdən hazırlanmış müxtəlif yeməklər. Həmçinin badımcan və lobyadan hazırlanan qəlyanaltılar da çox populyardır. Bu cür səhər yeməyi dadlı və doyumludur.

Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |