Şrift:
İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb
22.08.2012 [15:42] - Gündəm
İranda həbsdə saxlanılan Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə Ş. Hacızadənin atası Mail Hacızadə məlumat verib. O, prosesin sentyabrın 7-nə təxirə salındığını deyib: “Mənə Təbrizdəki Azərbaycan Konsulluğundan zəng edib bildirilər ki, məhkəmə təxirə salınıb. Amma hansı səbəbdən təxirə salındığını demədilər”.

Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed