Şrift:
Tehrandan Türkiyədəki terrora dəstək açıqlaması...
22.08.2012 [16:13] - Siyasət
İran Türkiyənin Qaziantep şəhərindəki terror aktına qəribə münasibət sərgiləyib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hüseyn Nəqəvi terror aktından danışarkən Ankaradan qonşuları ilə bağlı siyasətini gözdən keçirməyi tələb edib. O, parlamentin xəbər agentliyinə açıqlamasında bildirib ki, Ankara Suriyaya müdaxilə etməkdənsə öz daxili məsələlərinə diqqət yönəltməlidir.

Ankaranın başda “Əl Qaidə” olmaqla Suriyadakı terror qruplarını dəstəklədiyini iddia edən iranlı millət vəkili daha sonra bunları deyib: “Türkiyənin bu dəstəyi təkcə Suriyada günahsız insanların həyatını itirməsinə səbəb olmur. Türkiyə verdiyi bu dəstəklə həm də öz təhlükəsizliyini təhdid altında qoymuş olur”.

“Türkiyə indi daxili böhranla üz-üzədir. Ankara Suriyanın işlərinə qarışmaqdansa və bu ölkəyə qarşı düşmən bəyanatları verməkdənsə öz daxili məsələlərinin həllinə baxsın”, – Hüseyn Nəqəi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed