Şrift:
Somalidə terror hadisəsi baş verib, ölənlər var
13.07.2019 [10:34] - Gündəm, Hərb
Somalinin Kismayo şəhərində yerləşən oteldə terror aktı törədilib.

Xarici KİV-lər xəbər verir ki, silahlılar otelin girişində avtomobili pırtlatdıqdan sonra binaya daxil olublar.

Məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub, çoxsaylı insan yaralanıb. Hadisə qurbanlarının içində kanadalı jurnalist Nodan Nalaeh də var. Bildirilir ki, 43 yaşlı jurnalist Kanadanın Somali icması üçün şəxsi internet-kanalından ötrü veriliş hazırlayırmış. Hadisəni “Aş-Şabab” qruplaşmasının törətdiyi qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed