13.07.2019 [10:42] - Gündəm, İdman
Ölkəmizdə səfərdə olan Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso iyulun 12-də Gənclər və İdman Nazirliyində ölkəmizin gənclər və idman idarələrinin rəhbərləri ilə görüşüb.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan H.Alonso federasiyanın Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilat olduğunu vurğulayıb. O, qurumun həyata keçirdiyi layihə çərçivəsində hər il bir neçə şəhərin “Avropanın İdman Şəhəri”, bir şəhərin isə “Avropanın İdman Paytaxtı” tituluna layiq görüldüyünü bildirərək deyib: “Bu tədbirin təşkilində əsas məqsəd Azərbaycanın müxtəlif şəhər və rayonlarının “ACES Europe”un həyata keçirdiyi layihəyə qoşulub fəal iştirakına nail olmaqdır. Təşkilat 20 ilə yaxındır ki, Avropada fəaliyyət göstərir və indiyədək 500-ə yaxın şəhər müxtəlif titullara layiq görülüb. Bu ildən “Dünya İdman Paytaxtı” titulu təsis edilib. İlk titula Abu-Dabi şəhəri layiq görülüb”.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncənin 2019-cu il “Avropa İdman Şəhəri” tituluna layiq görüldüyünü bildirib. O qeyd edib ki, layihə çərçivəsində şəhərin gəncləri arasında sağlam həyat tərzinin təbliğinin daha da genişləndirilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Həmçinin şəhərin idman infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür, parklarda idman qurğuları quraşdırılır.
Sonra “ACES Europe”un fəaliyyəti, təltif edilən şəhərlərlə bağlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, “Avropanın İdman Şəhəri” tutuluna MDB ölkələri arasında ilk dəfə məhz Gəncə şəhəri layiq görülüb.

Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |