24.10.2011 [14:20] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyi və Yasamal rayon İcra Hakimiyətinin birgə təşkilatçılığı ilə görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, oktyabr ayı bütövlükdə Cavidlər ayıdır: ”1923-cü il 2 oktyabrda Turan Cavid, 1919-cu il 22 oktyabrda Ərtoğrul Cavid, 1882-ci il oktyabrın 24-də isə Hüseyn Cavid anadan olub”.
T. Əhmədov deyib ki, H. Cavidin ad gününü bütün cavidsevərlər üçün bayram hesab etmək olar: “Cavid elə bir yazıçı, dramaturq, şairdir ki, onun əsərləri dönə-dönə təhlil ediləcək, əldən-ələ keçəcək və Azərbaycan xalqı həmişə Cavidlə fəxr eləyəcək. Cavid repressiya qurbanı olub. 1937-ci il iyul ayının 4-də tutulub və Sibirə sürgün olunub. 1941-ci il yanvar ayının 5-də Maqadanda dünyasını dəyişib. Hüseyn Cavidin 100 illik yubileyinə isə ən böyük töhfəni məhz ümumilli lider Heydər Əliyev verdi. 1982-ci ildə Cavidin nəşi Maqadandan Azərbaycana gətirildi və Naxçıvanda dəfn edildi”.

Bu xəbər oxucular tərəfindən 2134 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |