23.08.2012 [11:25] - Xəbərlər, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə toplantısının iştirakçıları bu gün bu birliyə daxil olan ölkələr arasında mədəni-humanitar və təhsil sahələrində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu barədə İTAR-TASS agentliyinə Qırğızıstanın xarici siyasət idarəsindən məlumat veriblər.
"TDƏŞ-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir", - respublika XİN-dən bildiriblər.
Planlaşdırıldığı kimi, dörd dövlətin rəhbərlərinin danışıqlarının yekunları üzrə Bakıda yerləşəcək Mədəni İrs Fondunun yaradılması barədə qərar qəbul olunub, eləcə də birgə bəyannamə imzalanıb və Astanada Türk Akademiyasının yаradılması qərara alınıb", - XİN-dən izah ediblər. Bundan əlavə, iclas iştirakçıları Türkdilli Dövlətlərin Universitetləri İttifaqının yaratmaq fikrindədirlər.
Qırğızıstan paytaxtına çoxlu sayda ali qonaqların gəlməsi ilə əlaqədar respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. "Zirvə toplantısı günü asayişin təmin olunması üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb, ümumilikdə, ictimai asayişin qorunmasına 2 minə yaxın milis əməkdaşı və daxili qoşunların hərbi qulluqçusu cəlb edilib", - Qırğızıstan DİN-dən məlumat verilib.
TDƏŞ 2009-cu ildə yaradılıb. Türkiyənin təşəbbüsü ilə onun baş katibi Xəlil Akıncı təyin edilib. Şuranın birinci zirvə toplantısı ötən ilin oktyabrında Almatıda keçirilib.
"Şərti olaraq müəyyən ediılib ki, Bişkəkdəki ikinci zirvə toplantısının əsas mövzusu Şuraya üzv olna dövlətlərin təhsil və mədəniyyət sahəsində əməkdaşlığının inkişafı olacaq", - XİN-dən bildiriblər.
Foruma hazırlıq prosesində birlik iştirakçıları türk xalqlarının tarixi üzrə vahid dərsliklərin, türk terminlərinin vahid ensiklopediyasının, TDƏŞ-na üzv dövlətlərinin ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyətin sonrakı inkişafı üzrə layihələrin yaradılması məsələləri üzərində çalışıblar.

Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |