Şrift:
"Beşiktaş" klubu ilk transferini reallaşdırıb
16.07.2019 [10:23] - İdman
İstanbulun "Beşiktaş" futbol klubu yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

İstanbul təmsilçisi "Vitoriya de Gimarayeş" komandasında forma geyinən Tayler Boydu transfer edib. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. T.Boyd yeni klubunda ilinə 1,2 milyon avro qazanacaq.

Qeyd edək ki, "Beşiktaş" bu transferə görə Portuqaliya təmsilçisinə 2,4 milyon avro ödəyəcək.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed