Şrift:
Azərbaycanda maqnit qasırğası
16.07.2019 [10:27] - Sağlıq
"Ötən gün Günəş fəallığı çox aşağı səviyyədə olub".

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, Günəş diskində ləkə müşahidə olunmayıb. Həmin dövrdə elektron seli normal səviyyədə olub. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında qeydə alınıb.

Bildirilir ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.

Növbəti günlər (17 iyula qədər) üçün Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü effektinin geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılırdə.

Proqnozlara görə, maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed