23.08.2012 [11:59] - Gündəm, Dərbənd
Xasavyurt şəhərindəki məsciddə baş verən hadisəni Azərbaycanın Rusiyadakı səfirliyi nəzarətdə saxlayır.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev cümə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazirlik sözçüsü bildirib ki, bu məsələ ilə əlaqədar Rusiyanın müvafiq orqanları ilə əlaqə saxlanılır.
"Müəyyən məlumatlar var, lakin həmin məlumatlar hələ ki rəsmi təsdiqlənməyib. Bir nəfər Azərbaycan vətəndaşının öldüyü, üç nəfərin yaralanması barədə məlumat hələ rəsmi təsdiq olunmayıb", o deyib.
Qeyd edək ki, avqustun 18-də saat 20.55 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidinə iki naməlum şəxs girərək işəridə olanlara atəş açıblar. Məlumata görə, hadisə zamanı bir nəfər Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb.

Bu xəbər oxucular tərəfindən 1843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |