23.08.2012 [15:12] - Gündəm, Siyasət
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammitində çıxış edib.
Bunu cümə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, nazir müavini türkdilli dövlətlər arasında çoxşaxəli əməkdaşlığın mövcud olduğunu bildirib və imzalanacaq sənədlərin türkdilli dövlətlər arasında əməkdaşlığa böyük töhfə verəcəyini diqqətə çatdırıb.
O qeyd edib ki, dünya tarixində müstəqil türkdilli dövlətlərin yaranması onlar arasında əməkdaşlığın yeni mərhələsinin yaranmasına səbəb oldu.
Xələfov 2009-cu ildə Naxçıvanda keçirilmiş zirvə toplantısın Türkdilli dövlətlirin əməkdaşlıq şurasının yaradılması ilə nəticələndiyini diqqətə çatdırıb və bu qrumun türkdilli dövlətlərin ortaq dəyərlərinin qorunub saxlanmasında əhəmiyyətini qeyd edib.
O, TANAP layihəsini vurğulayaraq Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
Xələfov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi yalnız Azərbaycanın təhlükəsizliyi deyil, bütün Avropanın təhlükəsizliyi konteksində nəzərdən keçirilməlidir.
Nazir müavini Azərbaycanın türkdilli dövlətlər arasında əməkdaşlıəğa mühüm töhfə verdiyini deyib və bu baxımdan Türk Mədəniyyəti və İrsi Fondudnun yaradılması haqda Azərbaycan prezidentinin sərəncamını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |