23.08.2012 [15:23] - Güney Azərbaycan xəbərləri
İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə MEHR agentliyi xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 01:04-da baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Lakin zəlzələ əhali arasında güclü təşvişə səbəb olub və insanlar evlərini tərk ediblər.
Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.
Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |