Şrift:
Şirvanda kütləvi zəhərlənmə hadisəsi baş verib
20.07.2019 [10:26] - Gündəm, Sağlıq
Şirvanda toy məclisində kütləvi zəhərlənmə olub.

Hadisə şəhərdəki “Yeganə” şadlıq sarayında baş verib.

Zəhərlənməyə şadlıq evindəki toy mərasimi zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Nəticədə mərasimdə iştirak edən qonaqlardan 17 nəfər zəhərlənib. Tüstüdən zəhərlənən şəxslərə xəstəxanada tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed