Şrift:
Emine Çakmak: Qardaş Azərbaycanda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.07.2019 [09:43] - Gündəm, İdman
Qardaş Azərbaycana çempion olmaq üçün gəlmişdim. Mənim üçün doğma olan bu ölkədə qızıl medal qazanmağım qürurvericidir. Özümü çox xoşbəxt hiss edirəm. Hədəfim Olimpiya çempionu olmaqdır. Bunun üçün inamla çalışacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında yunan-Roma güləşi üzrə 49 kiloqram çəki dərəcəsində qızıl medal qazanan türkiyəli güləşçi Emine Çakmak deyib.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Emine Çakmak bu mötəbər idman yarışının təşkilatçılarına təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed