24.07.2019 [09:09] - Gündəm, İdman, Bildiriş
Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Çempionluğa gedən yolum heç də asan olmadı. Nə qədər çətin keçsə də, daxilimdə bir hiss, inam var idi ki, bu mötəbər yarışda ölkəmizin aktivinə daha bir qızıl medal əlavə edəcəyəm.
Bu sözləri müsahibəsində XV Avropa Gənclər Yay Olimpiya Festivalında 65 kiloqram çəki dərəcəsində qızıl medal qazanan yunan-Roma güləşçimiz Xasay Həsənli deyib.
“Yarışa hazırlığımız Göygöl İdman Kompleksində olmuşdu. Bu yarışa çox yaxşı hazırlaşdım. Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”, - deyə idmançımız bildirib.
Qeyd edək ki, finalda Almaniya təmsilçisi Deni Nakayev ilə qarşılaşmada 3:2 hesabı ilə qalib gələn idmançımız ölkəmizin aktivinə 6-cı qızıl medalı yazdırıb.

Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |