Şrift:
Almaniyalı tennisçi: Bakı tarixi ənənələri və müasirliyi özündə birləşdirir
24.07.2019 [10:32] - Gündəm, İdman
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi məni çox sevindirir. Artıq bir neçə gündür Bakıdayam. Şəhəri gəzmək imkanım oldu, çox gözəldir. Bakı tarixi ənənələri və müasirliyi özündə birləşdirir.

Bu fikri müsahibəsində Yay Olimpiya Festivalında yarışan almaniyalı tennisçi Oliver Olsson söyləyib.

O bildirib ki, festivalda bu günə qədər qatıldığı bütün oyunlardan qalib çıxıb.

“Artıq tennis yarışının 4-cü günüdür. Finala doğru oyunlarda gücünə görə seçilən tennisçilər qalıb. Festivalın medalını qazanmaq üçün var qüvvəmi sərf edəcəyəm”, - deyə almaniyalı tennisçi qeyd edib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed