24.08.2012 [10:23] - İdman
Avropa Liqasının play-off mərhələsinin cümə axşamı keçirilən ilk matçında "Neftçi" futbol klubu Kiprin APOEL komandası ilə 1:1 hesablı heç-heçə oynayıb.
Qollara "Neftçi"nin müdafiəçisi Mahir Şükürov (82, penalti) və APOELin oyunçusu Ben Aşur (83) imza atıblar. Oyun Bakıda "Dalğa Arena" stadionunda keçirilib.
Cavab oyunu avqustun 30-da Kiprdə keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 8-də "Neftçi" İsrailin "Hapoel" (Kiryat-Şmona) komandası ilə Bakıda 2:2 hesabı ilə bərabərə qalıb. Bu komandalar arasında İsraildə keçirilmiş qarşılaşma isə 4:0 hesabı ilə "Hapoel"in xeyrinə başa çatıb. İki oyunun nəticəsinə əsasən mərhələ adlaya bilməyən "Neftçi" Avropa Liqasının play-off mərhələsində çıxış edir.

Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |