25.07.2019 [09:32] - Gündəm, İdman
İyulun 24-də Azərbaycanın məşhur şahmatçısı mərhum Vüqar Həşimovun 33 yaşı tamam olur.
Bununla əlaqədar tanınmış şahmatçının uyuduğu ikinci Fəxri xiyabanda Vüqar Həşimovun xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Mərasimdə Əməkdar məşqçi, beynəlxalq usta, yığma komandanın məşqçisi, Vüqar Həşimov Şahmat Fondunun prezidenti Anar Allahverdiyev çıxış edərək tanınmış şahmatçının xatirəsinin daim böyük ehtiramla yad olunduğunu vurğulayıb. O bildirib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” turnirində dünya çempionu Maqnus Karlsen də daxil olmaqla, ən güclü və reytinqli şahmatçıların iştirakı onun xatirəsinə dərin ehtiramın göstəricisidir. Bundan başqa, ənənəyə sadiq qalaraq Vüqar Həşimovun doğum günündə beynəlxalq qrossmeysterin xatirəsinə həsr olunan uşaqlar və böyüklər arasında beynəlxalq şahmat turniri keçirilir.
Vüqar Həşimov Şahmat Akademiyasının uğurla fəaliyyət göstərdiyini qeyd edən Anar Allahverdiyev burada istedadlı gənc şahmatçıların yetişdiyini vurğulayaraq deyib: “Vüqar hər zaman gənc şahmatçılara öz dəstəyini əsirgəməyib. Şahmatla məşğul olan bu yeniyetmələr Vüqarı nümunə götürürlər. Çalışırıq ki, atdığımız bütün addımlar Vüqarın böyük adına layiq olsun”.
Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov vurğulayıb ki, Vüqar Həşimov dünyanın müxtəlif ölkələrində dəfələrlə böyük şahmatçı kimi nəyə qadir olduğunu sübut edib: “Vüqarı 8-10 yaşlarından tanıyıram. Dünyanın müxtəlif yerlərində Vüqar oynadığı yarışlarda hakim kimi dəfələrlə iştirak etmişəm. Mənim üçün xüsusilə qürurvericidir ki, Vüqar ilk usta normasını yerinə yetirəndə həmin oyunun baş hakimi mən olmuşam. Vüqarın oyununda elə gedişlər olurdu ki, hətta məşqçilər belə oyunun necə dəyişdiyini əvvəlcədən görə bilmirdilər”.
Vüqarın atası Qasım Həşimov oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirərək deyib: “Vüqar təkcə öz oyunu ilə yox, alicənablığı, mehribanlığı və çalışqanlığı ilə də bütün dünyada özünə böyük hörmət və rəğbət qazanmışdı. Bəlkə də o, yeganə şahmatçı idi ki, bütün elit zəka ustaları ilə mehriban dostluq münasibətləri vardı. Ona xaricdən çoxlu təkliflər gəlirdi, amma həmişə deyirdi ki, mən Azərbaycan xalqı üçün oynamışam, bu xalq üçün də oynayacağam".
Sonra Vüqar Həşimov Şahmat Akademiyasında uşaqlar və böyüklər arasında beynəlxalq şahmat turnirinə start verilib.
Yarışdan əvvəl Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Əməkdar məşqçi, FIDE arbitri Xanlar Allahverdiyev Vüqar Həşimovun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıblar.
Vüqar Həşimov Şahmat Fondunun prezidenti Anar Allahverdiyev və mərhum şahmatçının qardaşı Sərxan Həşimov turnirin qaydaları barədə məlumat veriblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra beynəlxalq turnir açıq elan olunub.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya və Gürcüstan təmsilçiləri də mübarizə aparırlar. Turnirə avqustun 1-də yekun vurulacaq.

Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |