26.07.2019 [10:30] - Xəbərlər, Gənclik
Sumqayıtda orta məktəbi bitirən məzunların və ali məktəblərə sənəd verən abituriyentlərin sayı açıqlanıb. 2018/2019-cu tədris ilində Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərini 2752 şagird bitirib. Onlardan 2260-ı ali məktəblərə qəbul imtahanlarında iştirak edib.
Təhsil şöbəsindən bildirilib ki, ilkin məlumata əsasən qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 353-ü 500-dən, 119-u 600-dən, 33-ü isə 650-dən yuxarı bal toplayıb.
Sumqayıt məktəbləri arasında ən yüksək nəticəni Texniki və Təbiət Elmləri Liseyinin məzunu Məhəmməd Ağamalıyev göstərib. Belə ki, o, ali məktəblərə qəbul imtahanında 694 bal toplayıb.

Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |