Şrift:
Azərbaycanın Təbrizdəki baş konsulu İranın zəlzələ baş vermiş Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb
24.08.2012 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan valisi Əhməd Əlirza Beygi ilə görüşüb. Baş Konsulluqdan verilən məlumata görə, valisi bildirib ki, İran və Azərbaycan xalqları əslində eyni xalqdır və çətin günlərdə biri-birinin yanında olmalıdırlar.

Ə. Beygi Azərbaycan Respublikası xalqı və hökumətinə göstərilən yardıma və kədər ortağı olduqlarına görə minnətdarlığını ifadə edib, müsəlman xalqlarının hər zaman çətin və böhranlı günlərdə biri-birinə dayaq olduğunu qeyd edib.

Göstərilmiş humanitar yardımlar haqqında məlumat verən Şərqi Azərbaycan valisi Əhər, Heris və Vərziqan şəhərlərində xəsarətin 8.000 mld. riala bərabər olduğunu söyləyib, əlavə edib ki, Böhran Mənecmentliyi Mərkəzinin operativ reaksiyası və xalq tərəfindən göstərilən köməklik, zəlzələdə xəsarət almış şəxslərə ən qısa müddət ərzində yardımların edilməsinə və hal-hazırda bütün xəsarət alan şəxslərin müvəqqəti yaşayış yerlərində yerləşdirilməsinə səbəb olub.

Ə. Beygi əlavə edib ki, İran hökuməti zəlzələdə xəsarətə uğramış yerlərin bərpası və əhalinin daimi yaşayış yerlərində yerləşdirilməsi üçün lazımi himayə və imkanları nəzərdə tutur: “Biz bu işin soyuq mövsümə daxil olmadan öncə başa çatması üçün ciddi səy göstəririk. Xalqımız müharibə kimi böyük böhranlardan keçib və əldə edilmiş təcrübələrlə bu böhranı da yaxşı səviyyədə idarə edəcək”.

Öz növbəsində, baş konsul Ə. Əlizadə mənsub olduğu ölkənin xalqı və hökumətinin İranın şimal-qərbində baş vermiş zəlzələdə xəsarət alanlarla kədər ortağı olduqlarını bir daha ifadə edib.
Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed