Şrift:
Filippində zəlzələ nəticəsində azı 5 nəfər ölüb
27.07.2019 [10:18] - Gündəm, Hadisə
İyulun 27-də gecə saatlarında Filippində ardıcıl iki zəlzələ baş verib.

TASS agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Birinci zəlzələ Filippinin şimalındakı Batanes əyaləti ərazisində baş verib və gücü 5,4 bal olub. Zəlzələnin episentri təxminən 9 kilometr dərinlikdə yerləşib.

Təxminən üç saat sonra eyni ərazidə 5,9 bal gücündə ikinci zəlzələ baş verib. Bu dəfə zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed