24.08.2012 [10:49] - Gündəm, İdman
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət ekspedisiya qrupu Pamir dağlarının ən hündür zirvəsi olan "Lenin" zirvəsinə (7134 m) təşkil olunmuş yürüşü uğurla başa vurublar.
Federasiyadan cümə günü verilən məlumata görə, 19 gün (02-21 avqust 2012-ci il tarixlərində) davam edən yüruşə Azərbaycanın müxtəlif rayonlarından olan gənclər qatılıblar.
Avqustun 16-da ekspedisiya üzvləri, Azərbaycanın Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov ("Salavat" idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.
Səkkiz nəfərdən ibarət ekspedisiyaya beynəlxalq yürüşlərdə iştirak etmiş təcrübəli dağçı, FAİREX-in "Ekstremal" idman klubunun rəhbəri Azərçin Muradov rəhbərlik edib.

Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |