Şrift:
Həmsədrlər Allahşükür Paşazadə ilə görüşüblər
24.10.2011 [19:05] - Gündəm
Görüşdə QMİ sədrinin MDB ölkələri Dinlərarası Şurasının Ermənistanda keçiriləcək iclasında iştirakı məsələsi müzakirə edilib

Bernar Fasie: “Həmsədrlər növbəti dəfə regiona noyabrın sonunda səfər edəcəklər”


Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdən sonra fransalı həmsədr jurnalistlərə açıqlamasında A. Paşazadə ilə görüşün özəl xarakter daşıdığını bildirərək, müzakirə olunan məsələləri açıqlamayıb.

Bununla belə, diplomat deyib ki, həmsədrlər növbəti dəfə regiona noyabr ayının sonunda səfər edəcəklər.

Diplomatik mənbələrdən isə APA-ya məlum olub ki, həmsədrlərlə görüşdə A. Paşazadənin noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Dinlərarası Şurasının iclasında iştirakı məsələsi də müzakirə olunub.

Onu da əlavə edək ki, vasitəçilər A. Paşazadə ilə görüşdən sonra “Təzə Pir” məscidi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed