24.08.2012 [14:54] - Xəbərlər, Hərb
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin müdafiə nazirinin birinci müavini Marşal E.Herryanto ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə İndoneziyanın hərbi sənayesi və bu sahədə idxalat və ixracatları haqqında məlumat verilib. Bildirilib ki, hazırda ordunun müxtəlif növ geyimlərini və bütün təməl ehtiyacları olan hərbi sursat və avadanlıqlarını özləri istehsal edirlər. Ordu paltarlarını dünyanın 60-a yaxın ölkəsinə ixrac etdiklərini və bundan əlavə bütün ASEAN ölkələrinə müxtəlif növ tüfənglər satdıqları qeyd olunub.
İstehsal etdikləri hərbi paltarların keyfiyyətinə diqqəti çəkən nazir müavini qeyd edib ki, istehsal etdikləri paltarlar NATO standartına uyğundur və bu paltarlar cəngəllikdə görünməz olur. Hətta bu paltardan istifadə edən əsgərləri xüsusi avadanlıqlar (durbin) vasitəsi ilə də görmək mümkün olmur. Bundan əlavə, paltarlara ağcaqanadlar və sair böcək və həşaratlar yaxınlaşmır. Buda əsgərləri əksər yoluxucu xəstəliklərdən qoruyur. Materialın keyfiyyətinə görə, bu paltarları deşici alətlə çətinliklə deşmək olsa da, cırılması mümkün deyildir. İstehsal etdikləri digər zirehli hərbi maşınlar, Amerika hərbi helikopterləri və sair texnikaların NATO standartına cavab verdiklərini qeyd edib. O, hazırda hərbi gəmilərin istehsalına başlamaq istədiklərini və bunun üçün investisiyaya ehtiyac olduğunu bildirib.
Səfir Qarayev Azərbaycan - İndoneziya münasibətlərinin hazırki səviyyəsindən söhbət açıb.
Daha sonra Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın məsələni sülh yolu ilə həlli tərəfdarı olması ilə yanaşı, ordu quruculuğundakı inkışafından, hərbi istehsalından və məsələnin sülh yolu ilə həlli yolları tükənərsə, Azərbaycan ordusunun hər an işğal olunmuş torpaqları azad etməyə hazır olduğundan bəhs edib.
O, Azərbaycanın hərbi sənayesinin hələ gənc olmasına baxmayaraq artıq daxili tələbatı ödəməklə yanaşı, xaricə də silah ixrac etməyə başladığını qeyd edib.
Azərbaycan hərbi sənayedə bir çox ölkələrlə əməkdaşlıq etdiyini və İndoneziya ilə də bu sahədə birgə müvəffəqiyyətlərə imza ata biləcəyini bildirib.
Söhbətin sonunda qarşı tərəf Azərbaycanla təcrübə mübadiləsi aparmaqda və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildirib və tezliklə Azərbaycana səfər etmək istədiyini qeyd edibi.
Səfirliyin tezliklə səfərin təşkil olunacağı çalışacağı qarşı tərəfə bildirilib.

Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |