24.08.2012 [15:33] - Mədəniyyət, DAVAMın yazıları
Mənsurə Qaçayqızı - YAZAR
"BU BİR İNSAN TALEYİ"
Hüseyn dayı məktəbimizin bufetində işləyirdi. Bufetçi... Bu ağsaçlı, hündür, nurani simalı qocanın qəribə, şirin ləhcəsi vardı. Kəndimizə Cənubi Azərbaycandan, əslində Azərbaycanın cənubundan gəlmişdi. O vaxtlar təbii ki, sovet məktəblisinin bölünmüş vətən, Arazın o tayında yaşayan bacı-qardaşlarımızın Vətən həsrəti, Vətən nisgili, rastlaşdıqları rpoblemlər haqqında məlumatı az idi. Bu baxımdan Hüseyn dayının nisgilini anlamırdıq.
Güllərlə bəzədilmiş otağında köhnə bir radiosu vardı. Ən hündür yerdə yerləşdirilmişdi. Ancaq fars dilində verlişlərə qulaq asırdı. Bizi tez-tələsik yola salar, barmağı ilə susun işarəsi verər, verlişə diqqət kəsilərdi. Səbəbini anlamazdıq. Sən demə Hüseyn dayı fars dilində vətəndən, Arazın o tayından gələn xəbərləri dinləyirmiş...
1918-ci ildə İrəvanda Cabbar kişinin ailəsində anadan olmuşdu. Atası Cabbar kişi İrəvana Təbriz şəhərindən gəlmişdi. Ailənin ilk övladı idi. Ailənin ikinci övladı Həsən dünyaya gələndə anaları dünyasını dəyişir. Hüseyn və Həsən anasız qalır. Bir müddətdən sonra Cabbar kişi ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən dörd qız övladı dünyaya gəlir.
1937-ci ildə, repressiya illərinin dalğası sovetlər birliyini bürüyən zamanda vətəndaşlığın qəbul edilməsi məsələsi meydana çıxır. Cabbar kişi “sovet vətəndaşlığını” qəbul etmir, bir müddət zamanı gözləmək ümidilə özü Təbrizə qayıdır. 1939-cu ildə qardaşlar Təbrizə, atalarının yanına gedirlər, “Qarı kahısı” deyilən yerdə restoran açırlar, ailə qururlar.
Bu zamanlarda qardaşlar Təbrizdə milli-azadlıq hərəkatına qoşulur. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi yaranır. Azərbaycanlı inqilabçı, jurnalist, yazıçı Seyid Cəfər Pişəvərinin hərəkatında gənc Hüseyn göyçək olduğu üçün “Göyçək Hüseyn” ləqəbi ilə tanınır. 1945-ci il dekabr ayının 12-də Azərbaycan Milli hökuməti yaradılır. Seyid Cəfər Pişəvəri Milli hökumətin baş naziri təyin edilir. Milli Hökumət Cənubi Azərbaycanın muxtariyyət hüququni bərpa edərək, məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin edir, savadsızlığın kökünü kəsmək üçün addımlar atır. Demokratik islahatların keçirilməsi tək İranı deyil, Amerika və İngiltərəni də narahat etdiyindən birləşərək Azərbaycan Milli hökumətini dağıdırlar. 1946-cı ilin dekabr ayında, cəmi bir il yaşamış milli hökumətin süqutundan sonra mühacirət etmiş inqilabçıların bir hissəsi Sovet Azərbaycanına gəlir. Mühacirət etmiş inqilabçıların Azərbaycanın şəhər və kəndlərində yerləşdirilməsinə S.C.Pişəvəri özü nəzarət edib. Hüseyn, Həsən qardaşları Uğurbəyli kəndində yerləşdirilir. Kəndimizdə Hüseyn dayı “demokrat Hüseyn” ləqəbi ilə tanınır.
Bu zaman Hüseynin Təbrizdə Zəhra adlı xanımı, Firudun adlı oğlu, Asya adlı qızı, Həsənin isə xanımı və Əbülfəzl adlı oğlu qalır...
Qardaşlar Təbrizə qayıda bilmirlər. Yenidən ailə həyatı quraraq kənddə yaşamağa başlayırlar.
Bir neçə ildən sonra Təbrizdən bir nəfər gəlir. Və Hüseyn dayıya deyir ki, sən gələndən sonra ailənə ev qarışıq od vurub yandırdılar. O gecə Hüseyn dayı səhərə kimi ağlayır. Amma gələn adam səhv deyirmiş. Hüseyn dayının ailəsi soyadlarını dəyişərək, 33 il başqa ad altında Tehran şəhərində yaşayırlar.
Bu arada Hüseyn dayı bacılarını tapmaq üçün İrəvana gedir. 1947-ci ildə erməni siyasəti nəticəsində, azərbaycanlıların deportasiyası zamanı bacılar İrəvandan köçmüş olurlar. Hüseyn dayı bacılarından birini, 28 ildən sonra Bərdə bazarında tapır.
Bərdə bazarında Hüseyn dayı qonşu Şirvanlı kəndindən olan Bayan kişi ilə nar satırmış. Bu zaman bir qadın Bayan kişidən şirin nar istəyir. Bayan kişinin satdığı narların içərisində şirin nar olmur, o Hüseyni qadına göstərərək deyir:
- Hüseyn, bu qadına şirin nar ver.
Qadın Hüseyn dayıya yaxınlaşaraq:
- Mənim də qardaşımın adı Hüseyn idi. Birinin də adı Həsən, - deyir.
Bu zaman Hüseyn dayı dillənir:
- Mənim də qardaşımın adı Həsəndi.
Qadın öz qardaşını, Hüseyni 28 ildən sonra səsindən tanıyır...
Nə qədər qəribə olsa da taleyin daha bir sınağı...
1991-ci ildə Bakıdan bir ailə Məşhədə, ziyarətə gedir. Tehran şəhərini gəzərkən ər-arvad bir-birini itirirlər. Kişi dükanlardan birinə girir. Dükana girən adamın yad olması dükan sahibinin nəzərindən qaçmır. Odur ki, yad adamdan soruşur.
- Sən, şurəvidənmisən?
Dükan sahibi Hüseyn dayının oğlu Firudin idi... Firudin kişini maşına əyləşdirir, gedirlər otelə. Çox çəkmir ki, xanım da gəlib çıxır. Firudun yenicə tanış olduğu azərbaycanlı ailəsini iki gün qonaq saxladıqdan sonra yola salanda deyir:
- Nə etmişəm sizlərin halalı olsun. sizdən bir ricam var. Mənim orda atam, əmim var. orda, qəzetdə elan verin, mən onları axtarıram.
“Səhər” qəzetinin 23 oktyabr 1991-ci il tarixli nömrəsində Hüseyn Abdullapurun axtarılması barədə elan verilir.
Qəzetdəki elanı ilk dəfə Hüseyn dayının qızı Gülnaz görür. Atasının axtarılması barədə elanı oxuyan Gülnaz qəzetdəki telefon nömrəsinə zəng edir.
Telefon əlaqəsi saxlayırlar, danışırlar, Hüseyn dayı hələ də inanmaq istəmir. Astarada, sərhəddə görüş təyin edirlər. Təyin olunmuş gündə görüşə gələn adamlara, Astara gömrük məntəqəsində görüş üçün icazə verilmir. Yalnız Arazın o tayından bu tayına telefonla danışa bilirlər. Gömrük məntəqəsində növbəti görüş üçün vaxt təyin olunur. Bu dəfə rəsmi qaydada. Kimlərin gəlib, gedəcəyi dəqiqləşdirilir.
Bütün bu olanlar 73 yaşlı Hüseyn dayıya pis təsir edir, ömrü boyu yandırıldıqlarını düşündüyü ailəsinin sağ olmasını bildikdən sonra görüş vaxtına az qalmış vəfat edir.
Ölümündən üç ay sonra xanımı və övladları məzarını ziyarətə gəldilər. Zəhra xanım söyləyib ki, Hüseyndən sonra otağın birinə onun paltarlarını yığıb, cümə axşamlarında adına şam yandırarmış:
“Mən övladlarımın ürəyində böyük bir ata məhəbbəti yaşatdım” – deyib, Zəhra xanım...

Bu xəbər oxucular tərəfindən 1814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |