Şrift:
Viza alan Azərbaycan vətəndaşlarının İranda qalma müddəti artırıla bilər
25.08.2012 [00:12] - Güney Azərbaycan xəbərləri, Bildiriş
Hazırda viza alan Azərbaycan vətəndaşlarınıən İranda qalma müddəti 15 gündür, lakin bu müddət artırıla bilər. Bunu cümə günü Bakıda səfərdə olan İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.
"Hazırda bu məsələ ilə bağlı bir neçə təklif var. Biz bu təklifləri araşdırırq. Bu məsələ diqqət mərkəzindədir. İranın müxtəlif strukturları ilə razılaşdırılmalı olan məsələlər var. Onlar fikir bildirdikdən sonra bu müddət artırıla bilər", - Əraqçi qeyd edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunur. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed