Şrift:
Qazaxıstanda avtomobil qəzası beş nəfər Qırğızıstan vətəndaşının həyatına son qoyub
02.08.2019 [10:21] - Gündəm, Hadisə
Qazaxıstanın Kızılorda vilayətinin Karmaşin rayonunda yük və minik avtomobilləri toqquşması nəticəsində beş nəfər həlak olub.

Qırğızıstan mətbuatı xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilində olan səkkiz nəfər Qırğızıstan vətəndaşının beşi hadisə yerində ölüb. Ağır xəsarət alan digər üç nəfər xəstəxanaya çatdırılıb.

Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed